Koronavirusa yenidən yoluxmanın səbəbi açıqlanıb

Artıq bir dəfə COVID-19-a yoluxan şəxslərdə immunitet bitdikdən sonra xəstələrlə tez-tez təmasda olarsa onlar eyni virusa yenidən yoluxa bilər.

Bunu “RİA Novosti”yə tanınmış infeksionist Yevgeni Timakov söyləyib. O deyir ki, immunitet sistemi hər hansı bir dərman qəbulu nəticəsində zəifləyən zaman da təkrar yoluxma mümkündür:

“İnsanlar bir neçə səbəbdən yenidən xəstələnirlər. Koronavirus infeksiyası ömürlük toxunulmazlığa səbəb olmur. Bu su çiçəyi deyil”.

Timakov deyir ki, insanlar hər il xəstələnirlər və 3-4 ildən bir patogenin yaratdığı xəstəlik təkrarlanır.

Bundan əlavə, mütəxəssisin dediyinə görə, əgər bir insan peşəsi və ya müəyyən şərtlər üzündən xəstə insanlarla daim təmasda olarsa, onun yenidən yoluxmaq ehtimalı çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Teymur Rəcəbov 5 oyundan 3 xal qazanıb

Sonrakı məqalə

Ümumdünya Ticarət Təşkilatına ilk dəfə qadın rəhbərlik edə bilər