Koronavirusa yoluxan Baş nazir vəfat etdi

Afrikanın cənubunda yerləşən Esvatini Krallığının (2018-ci ilədək Svazilend Krallığı adlanıb) Baş naziri Mandvulo Dlamini Cənubi Afrika Respublikasındakı (CAR) xəstəxanada həyatını itirib. AZƏRTAC xəbər verir ki, 52 yaşlı hökumət başçısı COVID-19-dan müalicə olunurdu.

Həkimlərin söylədiyinə görə, mərhum Baş Nazir noyabrda yoluxduğu virusdan sonra ciddi müalicə almaqdan imtina etmişdi. Vəziyyətinin daha da ağırlaşdığı bir vaxtda isə onu qonşu CAR-dakı xəstəxanaya gətiriblər və burada həyatını itirib. Mandvulo hökumətə başçılıq etməzdən əvvəl 18 il ərzində Krallığın Mərkəzi Bankına rəhbərlik edib.

Ümumilikdə isə dekabrın 14-nə olan məlumatda Afrika qitəsində 2 milyon 400 min insanın COVID-19-a yoluxduğu, 56 mindən çox pasiyentin isə öldüyü bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Administrasiyasında İqbal Ağazadə, Mirmahmud Fəttayev, Sərdar Cəlaloğlu, İlqar Məmmədovla görüş olub

Sonrakı məqalə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olunub