Koronavirusa yoluxan Tom Henks pərəstişkarlarına müraciət edib:"Daim xoş ovqatda qalmağa çalışın"

Koronavirusa yoluxan aktyor Tom Henks pərəstişkarlarına müraciət edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, aktyor həyat yoldaşı ilə birlikdə karantində olduğunu bildirib.

Avstraliyalı həkimlərin lazımi tibbi yardım göstərdiklərini qeyd edən T.Henks izləyicilərini ekspertlərin məsləhətlərini dinləməyə, bir-birinin qeydinə qalmağa və daim xoş ovqatda qalmağa çağırıb.

Qeyd edək ki, T.Henks və həyat yoldaşı Rita Uilson Avstraliyaya səfərləri zamanı koronavirusa yoluxublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin iclası başlayıb

Sonrakı məqalə

Milli Məclisdə deputatlara vəsiqələr təqdim edilir