Koronavirusa yoluxan xəstələrə tibbi yardımlar əvvəlki qaydada davam etdirilir

COVID-19 pandemiyası ilə bağlı olaraq ölkəmizdə karantin rejimi davam edir. Səhiyyə müəssisələri də karantin rejiminə uyğun olaraq həm stasionar, həm də ambulator müalicə alan xəstələrə tibbi yardımları əvvəlki qaydada aparırlar.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə müsahibəsində deyib.

Ölkəmizdə vaksinasiya prosesinin də davam etdiyini diqqətə çatdıran V.Qurbanov bildirib: “Hazırda ehtiyac olan kateqoriya müraciət etdiyi halda vaksinasiya həyata keçirilir. Proses müvafiq tibb müəssisələrində aparılır və bununla bağlı hər hansı bir problem yoxdur”.

Əvvəlki məqalə

Tatarlar və azərbaycanlılar dil baxımından da çox yaxındır

Sonrakı məqalə

CAR lideri Ukraynadan sonra Rusiyaya gedir