Koronavirusdan sağalmış xəstələrin qanı dərmandır –ABŞ, Çin, Rusiyada yeni metod tətbiq olunur

Koronavirusdan sağalmış insanların qan plazmasının xəstələrə vurulması virusa qarşı mübarizədə effektiv təsir göstərir.

Azpost.info-nun məlumatına görə, ilk olaraq Çində, hazırda ABŞ-da və Rusiyada bu müalicə metodu aktiv şəkidə tətbiq olunmağa başlayıb.

Bunun üçün sağalmış könüllü donorlardan 60 millilitr qan götürülür. Qandan plazmanı ayırır, digər viruslardan təmzləyirlər. Bundan sonra plazmanı xəstəyə köçürürlər. Təcrübələr göstərir ki, bu, xəstəyə tez bir zamanda xəstəliyə qalib gəlməyə imkan verir və kritik ağırlaşmanın qarşısını alır.

Həkimlərin fikrincə, bu metod vaksinin olmadığı indiki vaxtda əlçatan müalicə olsa da xəstəliyə yoluxaraq sağalmış çoxsaylı donorları tapmaq o qədər də asan deyil. Üstəlik bu zaman qan qruplarının uyğunluğu da tələb olunur.

Azpost.info

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin plenar iclasının vaxtı dəyişdirildi

Sonrakı məqalə

Gürcüstanın baş naziri koronavirusdan ölən azərbaycanlı qadınla bağlı başsağlığı verib