“Koronavirusla mübarizə üçün Nyu-Yorka əlavə qoşun göndəriləcək” –Tramp

ABŞ hökuməti ştatlarda koronavirusla mübarizə məqsədilə əlavə minlərlə əsgər göndərəcək.

“TASS” xəbər verir ki, bu barədə Ağ Evdə brifinq zamanı ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

“Ştatlara yardım etmək üçün əlavə çox sayda hərbi heyət ayıracağıq. Bunlar minlərlə hərbi personal, hərbi həkimlər, mütəxəssislər, tibb bacıları və həkimlər olacaq. Onlar əvvəldən hazır olmadıqları müharibəyə, döyüşə gedəcəklər”, – Tramp belə deyib.

Tramp əlavə edib ki, ən çox yardımın ehtiyac olduğu Nyu-York şəhərinə 1000 nəfərlik qoşun göndəriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Taksi sürücülərinin fəaliyyətinə hansı halda icazə verilir? –

Sonrakı məqalə

Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub