“Koronaviruslu xəstələrdən 37-nin vəziyyəti ağırdır” –

TƏBİB
08 Aprel 2020 - 19:15

“Martın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Bakıda “Yeni klinika”nın açılışı oldu. Həmin günün səhərindən başlayaraq həmin klinikada yeni tip koronavirusa (Covid-19) yoluxan ağır xəstələrin yerləşdirilməsinə başlandı”.

Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Bayramlı qeyd edib ki, hazırda ölkə üzrə koronavirusa yoluxun aktiv xəstələrdən 37-nin durumu ağırdır: “Həmin xəstələrin 20-dən çoxu məhz “Yeni klinika”da müalicə alır”. (APA)