Koronavirusun B117 mutasiyası Norveçdə sürətlə yayılır

27 Fevral 2021 - 08:55

Norveçdə Britaniya ştammı adlanan daha yoluxucu B117 mutasiyası sürətlə yayılır.

Bu, Norveç səhiyyə orqanlarının həftəlik hesabatında öz əksini tapıb.

Yenilənmiş məlumatlara görə, son zamanlarda Birləşmiş Krallıqda ilk dəfə aşkarlanan B117 mutasiyasına yoluxmuş xəstələrin ümumi infeksiya sayında payı təxminən 20-30 faiz təşkil edir.

Bəzi yerli mütəxəssislərin fikrincə, Britaniya mutasiyası yaxın gələcəkdə sürətlə yayılmaqda davam edəcək və 4-8 həftə ərzində Norveçdə COVID-19-un üstünlük təşkil edən forması olacaq.

Qonşu Danimarkada B117 artıq yeni infeksiyanın ən geniş yayılmış variantına çevrilib. Danimarka səhiyyə orqanları son bir həftə ərzində yeni yoluxanların təxminən 70 faizinin test cavablarında sözügedən mutasiyanı aşkarlayıblar.