ABŞ İrana qarşı sanksiyaları yumşaltmayacaq

ABŞ İranla diplomatik təmaslara açıqdır, lakin rəsmi Tehrana qarşı tətbiq olunan sanksiyaları yumşaltmaq niyyətində deyil.

Bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

Onun sözlərinə görə, ABŞ İranla beynəlxalq ictimaiyyətin Tehranın nüvə proqramı ilə bağlı narahatlığını aradan qaldırmağa yönələn “5+1” qrupu kontekstində danışıqlar masasında əyləşə bilər.

“Lakin sanksiyaları yumşaltmaq istiqamətində addım atmayacağıq”, – deyə Cen Psaki bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusun B117 mutasiyası Norveçdə sürətlə yayılır

Sonrakı məqalə

“Ağdam şəhəri 2-3 il ərzində tam bərpa oluna bilər” –