Koronavirusun yan keçdiyi ölkələr

- SİYAHI
11 Mart 2020 - 16:03

Hazırda dünya üzrə 119 min 311 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.

Modern.az  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi məlumatlarına əsasən xəbər verir ki, virusa yoluxan 4288 nəfər xəstəliklə mübarizədə məğlub olaraq dünyasını dəyişib.

Rəsmi məlumata görə, hazırda BMT-yə üzv olan 193 ölkədən 118-də koronavirusa yoluxma qeydə alınıb. Virus aşkarlanan sonuncu ölkə Türkiyədir. Yalnız 75 ölkədə bu virusa rast gəlinməyib.

Hazırda ən çox yoluxanların siyashısına 80 958 nəfərlə Çin liderlik edir. Bu ölkədə koronavirusdan ölənlər 3046 nəfərdir. İtaliyada 10 149 yoluxma – 631 ölüm, İranda 8 042 yoluxma – 291 ölüm, Koreyada 7555 yoluxma – 54 ölüm, Fransada 1784 yoluxma – 33 ölüm, İspaniyada 1695 yoluxma – 35 ölüm, Almaniyada 1565 yoluxma – 2 ölüm, ABŞ-da 1037 yoluxma, 28 ölüm,Yaponiyada 581 yoluxma – 10 ölüm qeydə alınıb.

Ən az yoluxma isə Ukrayna, Andorra, Ermənistan, Butan, Bruney, Cəbəllütariq, Panama, Nigeriya kimi ölkələrdə yalnız 1 koronavirusa yoluxma faktı müəyyən edilib.

Hələlik Boliviya, Venesuela, Qana, Qvatemala, Kuba, Kanada, Salvador, Honduras, Qvatemala, Beliz, Haiti,Qayana, Surinam, Barbados, Qrenada, Baham Adaları, Qrenlandiya, Namibiya, Anqola, Zambiya, Tanzaniya, Konqo, Efiopiya, Mali, Sudan, Çad, Fil Dişi Sahili, Mali, Liberiya, Cənubi Sudan, Botsvana, Zimbabve, Malavi, Lesoto, Svazilend, Madaqaskar, Qabon, Tunis, Mavritaniya, Burkino-Faso, Kaboi-Verde, Eritreya, Liviya, Efiopiya, Keniya, Uqanda, Yəmən, Cibuti, Somali, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Birma, Papua-Yeni Qvineya, Tacikistanda virusa yoluxma qeydə alınmayıb.