Vətəndaşların güzəranın pisləşməsinin əsas səbəblərindən biri korrupsiyanın geniş yayılmasıdır. Dünya Bankının hesablamalarına görə, hər il dünyada bir trilyon dollar (1.000.000.000.000 ABŞ dolları) israf edilir. Məhz şəxsi mənafelər və mənfəətlər üçün istifadə olunan izafı xərclər ölkənin sərvətinin azalmasına və həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Korrupsiya halları ilə şəxsən üzləşməsiniz də o birbaşa sizə təsir edir. Korrupsiya geniş yayıldıqda biznesə müdaxilə edərək ölkənin ümumi sərvətinin azalmasına gətirib çıxarır. Hökumətin işçilərə ödəməli və ləvazimatlara xərcləməli olduğu pulun miqdarının azalmasına səbəb olur: kitablar, dərmanlar, kompüterlər və s. Həmçinin, sosial xidmətlərin (məktəb, xəstəxana, yol, kanalizasiya, polis və s.) göstərilməsi üçün dövlət tərəfindən ayrılan pul vəsaitlərinin düzgün istifadə edilməməsinə gətirib çıxarır ki, bu da xidmətlərin keyfiyyətini pisləşdirir.
İqtisadçı ekspert Toğrul Vəliyev bu məsələlərlə bağlı “Rəqəmsal antikorrupsiya təbliğatı” layihəsi çərçivəsində müsahibə verib. Qeyd edək ki, bu layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilir.
Müsahibə ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: