Korrupsiyanın çiçəklənməsi bütün cəmiyyəti xərçəng kimi içəridən məhv edir, üzdən bəlkə də bu o qədər də vahiməli görünmür. Lakin korrupsiyanın geniş yayıldığı cəmiyyətlər bir qayda olaraq əsas problemlərini həll edə bilmirlər, inkişaf edə bilmirlər.
Bu cəmiyyətlərdə ədalət təmin olunmur, məzlumun haqqı, müdafiəsi yoxdur. Bu cəmiyyətlər gec-tez qarşıdurmalara sürüklənirlər, çünki böyük miqyasda qeyri-bərabərlik hökm sürür, ləyaqətli insanlar uğur qazana bilmirlər.
Korrupsiya inkişaf yolunda ən böyük əngəldir.
Nəhayət, onu da deyək ki, korrupsiyanın geniş yayıldığı cəmiyyətlərdə xoşbəxt olmaq çətindir, çünki dürüstülk yoxdur, haqq olmur.
Bu məsələləri aydınlaşdırmaq, izah etmək, hər birimizin nə edə biləcəyini öyrənmək üçün Fəlsəfə üzrə fəlsəfə doktoru Zeynəddin Şabanov “Rəqəmsal antikorrupsiya təbliğatı” layihəsi çərçivəsində müsahibə verib. Zeynəddin müəllim insanların niyə korrupsiyaya yol verməsi və burada fərdin və cəmiyyətin məsuliyyəti, korrupsiya istənilən halda yanlış əməldir, korrupsiyanın yaxşı cəmiyyət qurmağa necə mane olması barədə sualları cavablandırıb.
Layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB tərəfindən həyata keçirilir.
Ətraflı aşağıdakı videomüsahibədən öyrənə bilərsiniz: