Kosmik hava mayın 10-dək qeyri-sabit olacaq- Rəsədxana

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Bu barədə rəsədxanadan məlumat verilib. Bildirilib ki, Günəş aktivliyi artıb. Hazırda Günəşin səthində 5 ləkə qrupu və 99 ləkə var. Bəzi ləkələr mərkəzi meridiana yaxınlaşdığından kosmik havanın aktiv olacağı gözlənilir.

Mayın 4-də baş vermiş tac kütlə atılmasının təsiri ilə mayın 6-dan geomaqnit qasırğası başlayıb, G2 səviyyəsinə kimi yüksəlib və hazırda davam edir.

Proqnoz günlərində C sinif alışmanın baş vermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55 faiz, X (R3) sinif isə 15 faiz təşkil edir.

Növbəti günlərdə qasırğanın G3 (güclü) səviyyəsinə qədər yüksəlmək ehtimalı var. Ümumilikdə isə kosmik hava mayın 10-dək qeyri-sabit olacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.