Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Kosmosda Böyük Partlayışdan sonrakı ən güclü partlayışlar qeydə alınıb

User 07 İyun 2025 - 10:55 (Last updated: 07 İyun 2025 - 10:49)
kosmik partla

Avropa Kosmik Agentliyinin “Gaia” kosmik teleskopu Böyük Partlayışdan bəri qeydə alınan ən güclü partlayışlardan bəzilərini təsadüfən müşahidə edib. Bu partlayışlar uzaq qalaktikaların mərkəzlərində qeydə alınan və “ifrat nüvə keçidləri” adlandırılan hadisələrdir. Onların parlaqlığı, klassik pozulma hadisələrindən (TDE) təxminən 10 dəfə çoxdur və illərlə davam edir.

AZƏRTAC “sciencealert” saytına istinadla xəbər verir ki, “Gaia16aaw” və “Gaia18cdj” adlı iki hadisə 2016 və 2018-ci illərdə “Gaia” teleskopu tərəfindən qeydə alınıb. Hər bir İNK hadisəsi 100 Günəşin ömrü boyu buraxacağı enerjiyə bərabərdir. Bu hadisələr Günəşdən ən azı üç dəfə böyük ulduzların, superkütləvi qara dəliklər tərəfindən parçalanması nəticəsində baş verir. Fövqəlnova partlayışlarından dəfələrlə güclüdürlər. Məlum İNK hadisələri adi TDE-lərin miqyasından kənara çıxır. Bu partlayışlar uzaq qalaktikalardakı superkütləvi qara dəliklərin necə böyüdüyünü anlamaqda mühüm rol oynayır. Onlar parlaq olması səbəbilə kosmik məsafələrdə müşahidə edilə bilər.

Araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc edilib. Alimlər bu fenomeni kainatın təkamülü və qara dəliklərin formalaşması ilə bağlı yeni nəzəriyyələrin qurulmasında açar element hesab edirlər.

AzPost.az

Post navigation

Previous: Qulaqlar niyə yanır? – 15 mümkün səbəb
Next: Məşhur rəssamın əsərində tapılan qadının sirli portreti

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.