Kosmosda “süni intellekt” inqilabı- Orbitdə data-mərkəzlər qurula bilər

Kosmos
Kosmos

Kosmos yaxın illərdə təkcə peyklərin deyil, süni intellektin də əsas inkişaf məkanına çevrilə bilər.

AzPost xəbər verir ki, fizika üzrə alim Aleksandr Rodin yaxın 10 il ərzində Yerə yaxın orbitdə süni intellekt üçün nəzərdə tutulan tamhüquqlu data-mərkəzlərin tikintisinin mümkün olduğunu bildirib.

Alimin sözlərinə görə, bu iddialı layihənin ilk mərhələsi iri miqyaslı peyk qruplaşmasının yaradılması olacaq. Bu sistem funksional baxımdan “Starlink”ə bənzər bir quruluşa malik olacaq. Rodin qeyd edib ki, bu istiqamətdə Rusiya və Çin birgə əməkdaşlıq edir. Növbəti mərhələdə isə yüksək hesablama gücünə malik server və texnoloji komplekslərin birbaşa kosmosa çıxarılması planlaşdırılır.

Mütəxəssis vurğulayıb ki, söhbət təkcə serverlərin orbitə yerləşdirilməsindən getmir. Onun fikrincə, kosmosda tamhüquqlu informasiya və enerji infrastrukturu formalaşdırılacaq. Bu infrastruktur süni intellekt sistemlərinin fasiləsiz və yüksək məhsuldarlıqla işləməsini təmin edəcək.

Rodin orbitdə yerləşən data-mərkəzlərin əsas üstünlüyü kimi demək olar ki, məhdudiyyətsiz günəş enerjisini göstərib. Alim hesab edir ki, günəş enerjisinin Yerə ötürülməsi həm texniki, həm də iqtisadi baxımdan səmərəli deyil. Lakin bu enerji mənbəyi kosmosda yerləşən və böyük enerji tələbatı olan süni intellekt serverləri üçün ideal seçimdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.