Kral Çarlz insanlara hücum olunan sinaqoqu ziyarət edib

Böyük Britaniya Kralı Çarlz Mançesterdə oktyabrın 2-də insanlara qarşı hücumun törədildiyi sinaqoqu ziyarət edib.

Kral Çarlz faciə yerində qurbanların xatirəsini yad edib və yerli icma üzvləri ilə görüşərək onlara başsağlığı verib.

Xatırladaq ki, oktyabrın 2-də Mançesterin Hiton Park sinaqoqunda Yom Kipur mərasimi zamanı terror hücumu baş verib. Hadisə zamanı saxta intihar kəməri geyinmiş bir nəfər avtomobili izdihamın üzərinə sürüb, daha sonra bıçaqla ibadət edənlərə hücum edib. Bir neçə dəqiqə ərzində əraziyə çatan polis hücum edən şəxsi zərərsizləşdirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.