Zirinc qanda insulin və şəkəri normallaşdırır

Hələ 700 il bundan əvvəl Qədim Çində loğmanlar zirincin faydasını görərək sağlamlığına biganə olmayanların diqqətini bu bitkiyə yönəltmişdilər. Aradan ötən əsrlər zirincin insan orqanizminə nə qədər faydalı təsiri olduğunu bir daha sübut etdi. Zirincin yarpaq və meyvələrindən bir sıra xəstəliklərin müalicəsində istifadə edilmək üçün dərmanlar hazırlanır.

Zirinc orqanizmdə qocalma prosesinin sürətini azaldır. Onun lifli quruluşu, antioksidant tərkibi orqanizmdə sərbəst radikalların təsirini azaldır və dərini gəncləşdirir.

Çin həkimləri 2-ci tip şəkərli diabet xəstələrinə hər gün zirinc meyvələri qəbul etməyi məsləhət görürlər, çünki onun qanda insulin və şəkəri normallaşdırmaq xüsusiyyəti var. Zirinc qanda xolesterolun miqdarını da azaldır. Həkimlər aktiv həyat tərzi yaşayaraq özünü gün ərzində yorğun və halsız hiss edənlərə zirinc çayı içməyi tövsiyə edirlər.

Zirinc psixoloji problemlərin aradan qalxmasına da kömək edir və onu uzun müddət qəbul etdikdə depressiya əlamətlərini aradan qaldırır. Tərkibindəki C vitamini sayəsində orqanizmin bu vitaminə olan tələbatı ödənilir və müqaviməti artırılır.

Tərkibində 19 müxtəlif amin turşusu olan zirinc əzələlərin möhkəmlənməsinə yardım edir, artıq yağların orqanizmdən xaric olmasını sürətləndirir. Onun meyvəsi mədə-bağırsaq fəaliyyətini sürətləndirməklə həzm sistemini normallaşdırır.

Əvvəlki məqalə

Kral III Çarlz ilk dəfə parlamentdə çıxış edib

Sonrakı məqalə

2021-ci ildə Azərbaycana gələn əcnəbilərin sayı