Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Kredit borcunu vaxtından əvvəl bağlamaq mümkündürmü?

Orkhan Ali 01 Sentyabr 2025 - 13:35 (Last updated: 01 Sentyabr 2025 - 13:25)
Kredit

Kredit

Azərbaycanda kredit götürən vətəndaşların ən çox verdiyi suallardan biri budur: “Mən hər ay ödəniş edirəm, amma qalan məbləği birdən ödəyib borcu tam bağlaya bilərəmmi?”

Məsələn, bir müştərinin 250 manat borcu qalıb. Müqaviləyə əsasən o, hər ay 50 manat ödəməlidir. Amma vətəndaş artıq aylıqdan çox – məsələn, 90 manat ödəyir və sual edir: gələn ay 250 manatı birdən verib krediti bağlaya bilərmi?

AzPost xəbər verir ki, maliyyə mütəxəssislərinin sözlərinə görə, “İstehlak kreditləri haqqında” Qanun və Mülki Məcəllənin müvafiq maddələrinə əsasən, borcalan kreditini vaxtından əvvəl tam və ya qismən ödəmək hüququna malikdir. Bu zaman bank və ya kredit təşkilatı müştərinin müraciətini qəbul etməlidir.

Burada diqqət edilməli əsas məqamlar:

  • Müştəri vaxtından əvvəl ödəniş etmək istədikdə, bunu rəsmi qaydada banka bildirməlidir;

  • Kredit tam bağlanarsa, gələcək aylara hesablanan faizlər tutulmur;

  • Əgər kredit müqaviləsində vaxtından əvvəl ödəniş üçün əlavə cərimə və ya komissiya nəzərdə tutulmayıbsa, bank müştəridən əlavə ödəniş tələb edə bilməz;

  • Qismən ödəniş edilərsə, ya aylıq ödəniş məbləği azalır, ya da kreditin müddəti qısalır – bu seçim müqavilədə göstərilir.

Hüquqşünasların sözlərinə görə, hər bir müştəri müqaviləni diqqətlə oxumalı və vaxtından əvvəl ödənişlə bağlı şərtlərə baxmalıdır. Əgər müqavilədə bu barədə məhdudiyyət qoyulubsa, həmin şərt qanunsuz hesab edilə bilər, çünki qanun borcalana belə bir hüquq tanıyır.

Beləliklə, qalan məbləği bir dəfəyə ödəməklə krediti vaxtından əvvəl bağlamaq mümkündür. Sadəcə bankı əvvəlcədən məlumatlandırmaq və hesablamanı dəqiqləşdirmək kifayətdir.

AzPost.az

Post navigation

Previous: 82 yaşlı kişi azyaşlıya qarşı zorlamada ittiham olunur
Next: Hacı Zeynalabdin Tağıyevin qız məktəbinin müəllimələri

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham xankendi
  • Baş Yazı

İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib

User 07 Noyabr 2026 - 11:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində...
Read more about İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib
7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir? burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı Super Tuesday primary election day
  • Dünya

Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı

User 07 Noyabr 2026 - 11:07
ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır? iran abs xerite
  • Dünya

ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır?

User 07 Noyabr 2026 - 10:55
AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.