Kredit faizləri bahalaşıb- Səbəb nədir? (VİDEO)

Kredit
Kredit

Azərbaycanda manatla verilən kreditlər bahalaşıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bank məlumat yayıb. Bildirilib ki, yeni verilən kreditlər üzrə ortaillik faiz dərəcəsi 18.90% təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.79 faiz artım deməkdir.

İqtisadçı ekspert Ruslan Atakişiyev deyir ki, milli valyutada faiz dərəcələrinin artması bir neçə amillə izah oluna bilər.

Ekspert deyir ki, faizlərin yüksəlməsi adi vətəndaşların və sahibkarların kredit götürmək imkanlarına da təsirsiz ötüşmür. Faiz dərəcələrinin düşməsi üçün də bu məsələlərə diqqət yetirilməlidir.

Onun fikrincə, yaxın aylarda kredit faizlərinin enməsi gözlənilmir.

Qeyd edək ki, bu ilin iyun ayının 1-nə ölkədə xarici valyuta ilə də verilən kreditlər üzrə orta faiz dərəcəsi 6.59% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0.84 faiz çoxdur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.