Kreditor dövlətlər Kiyevə 2027-yə qədər möhlət verdilər- Borcların ödənməsi üçün

G7 ölkələrinin daxil olduğu kreditorlar qrupu kredit ödənişləri üçün Kiyevə 2027-ci ilə qədər möhlət verib.

Azpost.info xəbər verir ki, bu barədə Kanada Maliyyə Nazirliyi məlumat yayıb.

“Qrup üzvləri Ukraynanın dövlət borcu ilə bağlı ortaq mövqe barədə razılığa gəliblər”, – məlumatda deyilir.

O da qeyd olunur ki, Ukraynada iqtisadi vəziyyət sabitləşdikdən sonra və ya BVF proqramı başa çatana qədər kreditor dövlətlər Kiyevin kredit yükünü yüngülləşdirmək üçün əlavə addımlar atacaqlar.

Ukraynanın Kreditorlar Qrupuna Kanada, Fransa, Almaniya, Yaponiya, Böyük Britaniya və ABŞ daxildir. Avstraliya, Avstriya, Belçika, Braziliya, Danimarka, Finlandiya, İrlandiya, İsrail, İtaliya, Koreya, Niderland, Norveç, İspaniya, İsveç və İsveçrə nəzarətçi statusa malikdir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.