Kreml: Aİ ölkələri Rusiyadan enerji təchizatının artırılmasını istəməyib

Avropa ölkələri Hörmüz boğazındakı vəziyyətlə əlaqədar Rusiyadan enerji təchizatını bərpa etməyi və ya artırmağı xahiş etməyiblər.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml sözçüsü jurnalistlərin bu məsələ ilə bağlı suallarını cavablandırarkən deyib ki, Avropa İttifaqı ölkələri tərəfindən belə bir sorğu gəlməyib:

“Bilirsiniz ki, hazırda Ukraynanın şantajı ilə üzləşən Macarıstan və Slovakiya da daxil olmaqla, neftimizin alıcıları var. “Drujba” boru kəməri vasitəsilə təchizatın qəsdən bloklanması ilə bağlı şantajı nəzərdə tuturam”.

Peskov Rusiya prezidenti Vladimir Putinin bu gün Kremldə Macarıstan xarici işlər naziri Peter Siyartonu qəbul edəcəyini də deyib. O, görüşdə Kiyevin “Drujba” neft kəməri vasitəsilə təchizatın qarşısını almasının müzakirə olunacağını bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.