Kreml Azərbaycan qazının Ukrayna ilə ixracı barədə məlumatı şərh etməyib

Kreml Ukraynanın qaz nəqli sistemi vasitəsilə qaz ixracına dair Avropa şirkətləri ilə Azərbaycan arasında mümkün sövdələşmə ətrafında vəziyyəti şərh etməkdən imtina edib.

Azpost.info “İnterfax”-a istinadən bildirir ki, jurnalistlər Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovdan Avropa şirkətlərinin Azərbaycanla müvafiq sövdələşməyə yaxın olması ilə bağlı mətbuatda yayılan məlumatı şərh etməyi xahiş ediblər.

Peskov deyib: “Biz vəziyyəti bilirik, yeri gəlmişkən, Rusiya prezidenti Kazanda keçirdiyi mətbuat konfransında da danışıb. Əslində qazın çəkilməsi üçün illik müqavilənin  nə ilə yekunlaşacağı ilə bağlı sual var idi. Ukraynanın artıq bu sazişi uzatmaqdan imtina etdiyini nəzərə alsaq, bundan sonrakı hadisələrin necə cərəyan edəcəyi, tədarükün bundan sonra necə təmin ediləcəyi barədə indi heç nə deyə bilmərəm”.

Əvvəlki məqalə

ABŞ-da görünməmiş sayda erkən səsvərmə olub

Sonrakı məqalə

Məlumat sızma şübəsi ilə Netanyahunun köməkçisi və bir neçə nəfər saxlanılıb