Kreml BCM-nin rus komandirlərin həbsinə order verməsini şərh etdi

“Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin qərarını tanımır”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Biz Roma Statutunun tərəfi deyilik, onu tanımırıq”, – Peskov deyib.

O, BCM-nin Qara Dəniz Donanmasının komandirləri Viktor Sokolov və Aerokosmik Qüvvələrin uzaqmənzilli aviasiyasının komandiri Sergey Kobılaşın həbsinə order verilməsini belə şərh edib.

Peskov xatırladıb ki, bu, BCM-nin Rusiya ilə bağlı ilk qərarı deyil.

Azpost.info

Əvvəlki məqalə

Erkən nikahlar psixoloji problemlərə yol açir

Sonrakı məqalə

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Hökumətinin sədri ilə görüşü başlayıb