Kreml Ermənistanın hansı məqsədlər güddüyünü bilmir

ABŞ-Ermənistan təlimləri dərin təhlil tələb edir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz Ermənistanın hansı məqsədlər güddüyünü başa düşməliyik və biz bunu onunla dialoqda edəcəyik”, deyə Rusiya prezidentinin sözçüsü vurğulayıb.

Kremlin rəsmi nümayəndəsi vurğulayıb ki, Moskva İrəvanın yaxın tərəfdaşı olub və olacaq, problemlər ola bilər, lakin onlar dialoq çərçivəsində həll edilməlidir.

Peskov Ermənistanın KTMT-dən çıxması ilə bağlı hələlik heç bir siqnalın olmadığını da söyləyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.