Kreml müharibəyə qarşı çıxan iş adamlarını “satqın” adlandırdı- AÇIQLAMA

“Müharibə əleyhinə bəyanatlar verən və onların vasitəsilə sanksiyaların ləğvinə çalışan rus sahibkarları satqındırlar”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Biz bilirik ki, anti-Rusiya mövqeyi sərgiləyən, pul müqabilində özlərini sanksiyalardan qurtarmağa çalışan sahibkarlar var. Bunlar vətən xainləridir”, – Peskov deyib.

O qeyd edib ki, Kreml öz maraqlarını məhkəmədə sistemli və metodik müdafiə edən biznesmenlərə hörmət edir.

Peskovun sözlərinə görə, Rusiya hakimiyyəti nə sanksiyaların, nə də onların aradan qaldırılmasının məntiqini başa düşür: “Çətin ki, Avropada kimsə bu məntiqi izah edə bilsin”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.