“Qərb ölkələrinin Rusiyaya aqressiyası şübhə doğurmur, lakin Rusiyanın nüvə doktrinasında heç bir dəyişiklik yoxdur”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin nüvə silahından istifadə riskinin artması ilə bağlı sözlərini şərh edərkən deyib.
“Kollektiv Qərb adlanan qurumun ölkəmizə qarşı birbaşa və dolayısı ilə nümayiş etdirilən aqressiv mahiyyəti heç kimə sirr deyil. Ölkəmizə gəlincə, bizim doktrinamız var, orada hər şey aydın şəkildə yazılıb, orada heç bir dəyişiklik yoxdur”, – Peskov bildirib.
O, həmçinin əlavə edib ki, Patruşev Rusiya Təhlükəsizlik Şurasının katibi və müvafiq olaraq Kremlin nümayəndəsidir. Buna görə də Patruşevin sözləri Kremlin bəyanatı hesab olunur.
Azpost.info