Kreml Putin və Bayden arasındakı söhbətin təfərrüatlarını açıqladı

“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden bir saatdan çox danışıblar”.

RİA “Novosti”nin məlumatına görə, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

“Söhbət bir saatdan bir qədər çox çəkdi. Bugünkü söhbət ABŞ rəsmilərinin Rusiyanın guya Ukraynanı işğal etməsi ilə bağlı görünməmiş isterikası fonunda keçdi”,-deyə Uşakov bidirib.

Rusiya liderinin köməkçisi bildirib ki, ABŞ Prezidenti telefon danışığı zamanı Rusiya qarşı sanksiyaları xatırladıb, lakin bu məsələyə xüsusi diqqət yetirilməyib.

Yuri Uşakov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasındakı söhbətin balanslaşdırılmış və işgüzar xarakter daşıdığını qeyd edib.

Putin telefon danışığı zamanı deyib ki, “soyuq müharibə” zamanı SSRİ və ABŞ rəqib idilər, amma 1990-cı illərdə dost oldular. Amma NATO genişlənərək Rusiya sərhədlərinə yaxınlaşıb: “Putin ABŞ, NATO, və Rusiyanın münasibətləri tarixinə toxundu. Bildirdi ki, bu münasibətlər hazırkı böhranlı vəziyyətə gətirib çıxarıb. 1990-cı illərdə biz sanki dost idik. Amma onda da ABŞ və NATO Rusiyaya münasibətdə konstruktiv xətt tutmadı. Məhz o zaman NATO-nun genişləndirilməsi başlandı. Yeni üzvlər qəbul etdilər və Rusyanın sərhəddinə yaxınlaşdılar”-deyə Uşakov iki dövlət başçısının sphbətini detallarını açıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir