Kreml Putinin koronavirusa qarşı peyvənd olunmamasına aydınlıq gətirib

Rusiya Prezidenti Vladimir Putin dövlət başçısı olarkən koronavirusa qarşı peyvənd edilən könüllülərin sırasında ola bilməz.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bizdə hələ kütləvi peyvəndləmə başlamayıb. Əlbəttə ki, dövlət başçısı peyvəndləmədə könüllü kimi iştirak edə bilməz. Prezident sertifikat almamış peyvəndi istifadə edə bilməz. İndi bütün prosedurlar bitəcək. Sona əgər o lazım bilsə, bu haqda məlumat verəcək”, – deyə Kremlin sözçüsü Rusiya Prezidentinin niyə koronavirusa qarşı hələ də peyvənd olunmadığı ilə bağlı suala cavabında vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sülh və sabitliyin yolunun Türkiyədən keçdiyini dost da, düşmən də gördü”-

Sonrakı məqalə

Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib