Kreml Putinlə Ərdoğanın telefon danışığı ilə bağlı məlumat yayıb

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı Putin martın 29-da İstanbulda Rusiya-Ukrayna danışıqlarının keçirilməsində göstərdiyi köməyə görə türkiyəli həmkarına minnətdarlığını bildirib.

Liderlər Ukrayna ilə bağlı danışıqlar prosesinə prinsipial qiymət veriblər.

Humanitar məsələləri müzakirə edərkən Ərdoğan Türkiyə vətəndaşlarının və ticarət gəmilərinin Ukraynadakı döyüş bölgəsindən çıxarılmasında köməyə görə təşəkkür edib.

İkitərəfli əməkdaşlığın inkişafı mövzusuna da toxunulub.

Liderlər gələcək təmaslar haqqında razılığa gəliblər.

Əvvəlki məqalə

İbrahim Rəisi Prezident İlham Əliyevi təbrik edib

Sonrakı məqalə

Ağ Evin mətbuat katibi vəzifədən gedəcək –