Kreml Şoyqunun görünməməsi ilə bağlı yayılan xəbərə aydınlıq gətirib

“Rusiyanın müdafiə naziri Sergey Şoyqunun çox işləri var. İndi mediada fəallıq üçün münasib vaxt deyil”.

Azpost.info bildirir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov müdafiə nazrinin son iki həftədə görünməməsi ilə bağlı məlumatları jurnalistlərə şərh edərkən bildirib.

“Qulaq asın, müdafiə naziri indi çox məşğuldur. Xüsusi hərbi əməliyyat gedir. Təbii ki, indi media aktifliyi vaxtı deyil. Bu, tamamilə başa düşüləndir“, – Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskov Şoyqunun səhhətində yaranan problemlərlə bağlı yayılmış məlumatları öyrənmək üçün Müdafiə Nazirliyinə müraciət etməyi tövsiyə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.