Kreml Türkiyənin Qarabağ danışıqlarında iştirak imkanına münasibət bildirib

27 Oktyabr 2020 - 13:54

“Dağlıq Qarabağ münaqişəsinin həllinə istənilən başqa dövlətin cəlb edilməsi Ermənistan və Azərbaycanla razılaşdırılmalıdır”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putinin mətbuat katibi Peskov münaqişə ilə bağlı danışıqların növbəti raunduna Türkiyənin cəlb olunub-olunmayacağı ilə bağlı suala cavab verərkən bildirib.

Burada yalnız Azərbaycan və Ermənistanın mövqeyi əsasdır. Ancaq qarşı duran tərəflər bu vəya digər ölkənin tənzimlənmə prosesində iştirakına razılıq verə bilər” –deyə Kremlin təmsilçisi vurğulayıb.