Xameneyi Moskvadadır? –Kreml cavab verməkdən imtina etdi

Kreml İranın yeni Ali Rəhbəri Müctəba Xameneyinin müalicə üçün gizli şəkildə Moskvaya aparıldığı barədə xəbərlərə münasibət bildirməkdən imtina edib.

Kremlin mətbuat katibi Dmitri Peskov Müctəba Xameneyinin yaralandıqdan sonra xüsusi reyslə Moskvaya gətirilməsi barədə yayılan xəbərlərə münasibət bildirməyib.

“Biz bu cür xəbərlərə şərh vermirik”, – Kremlin sözçüsü bildirib.

Qeyd edək ki, Küveytin “Əl-Cəridə” qəzeti onun 12 martda hərbi təyyarə ilə Rusiyaya aparıldığını və artıq özəl klinikada əməliyyat olunduğunu bildirmişdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.