Kreml Ərdoğanı Nobel Sülh Mükafatına layiq görür- AÇIQLAMA

“Rusiya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sülhməramlı fəaliyyətini və sülhün təmin edilməsində vasitəçiliyini yüksək qiymətləndirir”.

Azpost.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Türkiyə prezidentinin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi ideyasını belə şərh edib.

“Biz cənab Ərdoğanın səylərini, sülhməramlı fəaliyyətini, vasitəçilik xidmətləri göstərmək cəhdlərini və Rusiya-Türkiyə münasibətlərinin inkişafına münasibətini yüksək qiymətləndiririk”, – Peskov qeyd edib.

Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini ötən il dekabrın sonunda Türkiyə parlamentinin sədri Mustafa Şentop irəli sürüb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.