Kremldən Paşinyana daha bir zərbə:"KTMT-nin öhdəlikləri Dağlıq Qarabağa aid deyil”

“Kollektiv Təhlükəsizlik və Müqavimət Təşkilatının (KTMT) öhdəlikləri Ermənistandan fərqli olaraq, Dağlıq Qarabağ aid deyil”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bunlar təhlükəsizliyin təmin edilməsi baxımından olan öhdəliklərdir. Yəni, KTMT üzvü olan bir ölkə kənardan hansısa bir təcavüzə, hücuma məruz qalırsa, müqaviləyə üzv dövlətlərin həmin dövləti müdafiə etmək öhdəlikləri var”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Rusiya Prezidentinin mətbuat katibi ölkəsinin hansı halda Dağlıq Qarabağdakı münaqişə bölgəsinə hərbçiləri göndərməyə hazır olduğu barədə danışarkən, bunun öhdəliklərdən irəli gəldiyini söyləyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir