Kremldən Pentaqonun Krıma mümkün zərbələr endirilməsi ilə bağlı bəyanatına- REAKSİYA

“Pentaqonun Krıma reaktiv yaylım atəş sistemlərinin mümkün zərbələri ilə bağlı bəyanatı ABŞ-ın Rusiya və Ukrayna arasında münaqişədə iştirakını təsdiqləyir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu cür bəyanatlar həm birbaşa, həm də dolayısı ilə ABŞ-ın son dərəcə təhlükəli vəziyyət yaradan bu münaqişədə  iştirakını təsdiqləyir”, – Peskov bildirib.

Qeyd edək ki, Pentaqon rəsmisi Laura Kuper bildirib ki, ABŞ-ın təhvil verdiyi HIMARS reaktiv yaylım atəş sistemləri və onların sursatları Ukrayna hərbçilərinə Krım da daxil olmaqla hədəfləri vurmağa imkan verir.

Azpost.info

Əvvəlki məqalə

“Auditoriyanın tələbinə cavab vermir”

Sonrakı məqalə

“Biz sərhəd hesab etdiyimiz yerə gəldik və burada məskunlaşdıq” –