“Auditoriyanın tələbinə cavab vermir”- Rus radioları Puqaçovanın mahnılarını “boykot” edib

“Alla Puqaçovanın mahnıları çoxdandır ki, efirimizdə yoxdur, çünki o, uzun müddətdir ki, auditoriyanın tələbinə cavab verəcək yeni bəstələr buraxmayıb”.

Azpost.info xəbər verir ki, “Russkoe Radio” tanınmış estrada ulduzu Alla Puqaçovanın mahnılarının efirdən niyə itdiyi ilə bağlı sualı belə cavablandırıb.

Radiodan bildiriblər ki, “Russkoe Radio” və holdinqin digər stansiyaları ilk növbədə, dinləyicilərin bəyəndiklərini əsas götürür və yalnız stansiyanın formatına uyğun mahnılar efirə çıxır: “Alla Puqaçovanın mahnılarının digər radiostansiyaların efirindən yoxa çıxmasına gəlincə, bu, onların şəxsi işi və yayım siyasətidir”.

Rusiya portallarından biri böyük radiostansiyanın yayım redaktoruna istinadən Alla Puqaçova, Valeri və Konstantin Meladzenin bütün mahnılarının gizli şəkildə efirdən çıxarıldığını yazıb. Bu qərarın onların Ukraynadakı hərbi əməliyyatı ictimai şəkildə pisləmələri ilə bağlı olduğu bildirilir.

Azpost.info

Əvvəlki məqalə

Avropa Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəldi

Sonrakı məqalə

Kremldən Pentaqonun Krıma mümkün zərbələr endirilməsi ilə bağlı bəyanatına