“Biz sərhəd hesab etdiyimiz yerə gəldik və burada məskunlaşdıq” –PREZİDENT

Ümid edirik ki, Azərbaycan- Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı müvafiq komissiya vaxt itirməcəyək və iki ölkə arasında mövcud olmayan sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aktiv işləyəcək.

Bu barədə Prezident İlham Əliyev Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib.

Otuz ilə yaxın davam edən işğal dövründə bu sərhədlərin tamamilə Ermənistanın nəzarəti altında olduğunu qeyd edən dövlət başçısı deyib:

“İşğal bitdikdən sonra biz sərhəd hesab etdiyimiz yerə gəldik və burada məskunlaşdıq. Ona görə də uzunluğu 400 kilometrdən çox olan bu sərhədi müəyyənləşdirmək üçün tarixi sənədlərə, tarixi xəritələrə və beynəlxalq təcrübə və metodologiyaya əsaslanaraq aktiv şəkildə işləməliyik. Beləliklə, bu proses artıq gedir. Ancaq bunun nə qədər uğurlu olacağını demək çətindir”.

Əvvəlki məqalə

Kremldən Pentaqonun Krıma mümkün zərbələr endirilməsi ilə bağlı bəyanatına

Sonrakı məqalə

“Firudin bəy Köçərli” mükafatının qalibləri açıqlandı –