“Kremlə hücum qərarı ABŞ-da verilib, cavab variantını nəzərdən keçiririk”- PESKOV

Dmitri Peskov
Dmitri Peskov

“Kremlə dronlarla hücum etmək qərarı ABŞ-da verilib”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bugünkü brifinqdə bildirib.

Peskovun sözlərinə görə, Kiyev və Vaşinqtonun Kremlin “terror hücumu” və “Vladimir Putinə sui-qəsd cəhdi” adlandırdığı insidenti inkar etmək cəhdləri gülüncdür.

“Moskva müxtəlif cavab variantlarını nəzərdən keçirir. Söhbət yalnız ölkənin maraqlarına cavab verən düşünülmüş addımlardan gedir”, – Peskov vurğulayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.