Krım körpüsü partladıldı –Ukraynadan xüsusi əməliyyat /VİDEO

Ukrayna Milli Təhlükəsizlik Xidməti (SBU) xüsusi əməliyyat keçirərək Krım körpüsünə üçüncü dəfə zərbə endirib.

AzPost bildirir ki, bu barədə SBU məlumat yayıb.

Məlumatda deyilir ki, Ukrayna Təhlükəsizlik Xidməti bu gün səhər Krım körpüsünü su altından partladıb. Körpünün dayaqlarının sualtı hissəsi partladılıb. Obyekt alt səviyyədə ciddi ziyan görüb və qəzalı vəziyyətdədir.

Əməliyyata hazırlığın bir neçə ay davam etdiyi bildirilir. Məlumata görə, SBU agentləri Rusiya tərəfindən qanunsuz tikilmiş estakadanın dayaqlarını minalayıblar.

SBU-nun rəisi general-leytenant Vasili Malyuk əməliyyata şəxsən nəzarət və onun planlaşdırılmasını koordinasiya edib.

“Krım körpüsü tamamilə qanuni hədəfdir. Düşmən ondan öz qoşunlarını təchiz etmək üçün maddi-texniki arteriya kimi istifadə edib. Krım körpüsünü 2022-2023-cü illərdə iki dəfə vurmuşuq. Krım Ukraynadır və işğalın istənilən təzahürü bizim sərt cavabımızı alacaq”, – deyə SBU rəhbəri Malyuk bildirib.

 

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.