Krım körpüsündən elektrik və hibrid avtomobillərin keçidi qadağan edilir

Elektrikli və hibrid nəqliyyat vasitələrinin Krım körpüsündən keçməsi qadağan ediləcək.

AzPost bildirir ki, Mash teleqram kanalının məlumatına görə, səbəb terror məqsədləri üçün nəqliyyat vasitəsinin dartma batareyalarında partlayıcı maddələrin qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdləridir.

Noyabrın 3-dən etibarən Krasnodar diyarından Krım körpüsünə yaxınlaşan magistral yol bağlanacaq. Yeri gəlmişkən, Krımdan Krasnodar diyarına avtomobillə getmək də mümkün olmayacaq. Avtomobillərin keçməsinə icazə verilməyəcək. Keçid əvvəllər yük maşınları üçün bağlanmışdı.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.