Krımda Rusiyanın hərbi aerodromunda partlayışlar olub –VİDEO

Rusiyanın ilhaq etdiyi Krım yarımadasının Saki şəhəri yaxınlığında hərbi aerodromda və yaxınlığındakı hərbi obyektdə partlayışlar olub.

UNİAN xəbər verir ki, Novofyodorovka kəndində yerləşən aerodromun uçuş zolağının və silah-sursat anbarının yandığı xəbər verilir.

Ümumilikdə on partlayışın baş verdiyi barədə xəbərlər var. Novofyodorvkada turistlər çimərliklərdən qaçıblar. Yerli hakimiyyət orqanları onları sığınacaqlarda gizlənməyə çağırıb.

Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını və helikopterlərin cəlb olunduğu bildirilib.

Partlayışın baş verdiyi aerodromdan Rusiya aviasiyasının Ukraynanın Zaporojye, Xerson və Nikolayev vilayətlərindəki mövqelərinə zərbələr endirdiyi qeyd olunub.

Əvvəlki məqalə

Azərbaycan Britaniyadan səfirliyə hücumla bağlı araşdırmanın nəticələrini gözləyir

Sonrakı məqalə

Prezident İlham Əliyev Konyada Fələstinin Baş nazirini qəbul edib