“Krokus”da dağıntılar altında daha neçə cəsəd qala bilər?

“Krokus Siti Holl”da dağıntılar altında hələ onlarla insanın cəsədi qala bilər”.

Azpsot.info xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Kanal yazır ki, yanğının temperaturu yüksək olduğundan onları müəyyən etmək çətin olacaq.

“Xilasedicilər hələ də “Krokus”dakı dağıntıları təmizləyirlər. Cəsəd parçalarına demək olar ki, rast gəlinmir, onların bəziləri yanğının episentrindəki temperatura görə qorunub saxlanmayıb. Dağıntılar altında qalanların dəqiq sayı hazırda məlum deyil”, – məlumatda deyilir.

Azpsot.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.