KTMT monitorinq qrupunun rəhbəri Ermənistanın müdafiə naziri ilə görüşüb

Ermənistanın müdafiə naziri Suren Papikyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının monitorinq qrupunun rəhbəri, KTMT Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovla görüşüb.

APA Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, o, son günlər sərhəddə operativ şəraitin öyrənilməsi üzrə işçi qrupunun apardığı fəaliyyətin nəticələrini açıqlayıb.

Operativ qrup sentyabrın 15-də ölkəyə gəlib və Azərbaycan-Ermənistan sərhədində operativ durumu öyrənib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.