KTMT-nin müdafiə nazirləri Almatıda iclas keçirəcək

Mayın 30-31-də Almatıda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası olacaq.

Azpost.info xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

İclas iştirakçıları regional çağırışları və təhdidləri müzakirə edəcəklər.

“Tədbir Qazaxıstanın KTMT-yə sədrliyi çərçivəsində keçirilir, onun iştirakçıları KTMT-nin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidlər və təşkilatın hərbi komponentinin inkişafı məsələlərini müzakirə edəcəklər”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Aİ Ukraynaya Qərb silahları ilə Rusiyaya zərbə endirməyə razılıq verə bilər

Sonrakı məqalə

Baş prokurorluq Ağdamda ANAMA əməkdaşının minaya düşməsi ilə bağlı açıqlama yayıb