“Çoxları sual verir ki, nə üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qarabağ müharibəsinə müdaxilə etmədi. Cavab aydındır: KTMT-nin öhdəlikləri Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsini əhatə edir. Ondan kənarda belə bir öhdəliyi yoxdur”.
Azpost.info bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan 1in.am portalına müsahibəsində deyib.
Paşinyan deyib ki, ölkənin daxilndə təhlükəsizliyi təmin edilməsində KTMT-nin mexanizmləri müəyyən rol oynayıb.