“Kommunikasiyanın açılması regiona dayanıqlı sülh gətirəcək” –Nikol Paşinyan

Kommunikasiyaların açılması barədə konstruktiv və qarşılıqlı fayda gətirəcək qərar regiona uzunmüddətli və dayanıqlı sülhü gətirəcək faktorlardandır”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan 1in.am portalına müsahibəsində deyib.

Onun sözlərinə görə, kommunikasiyalar regionu bir-birinə bağlayır. Paşinyan bildirib ki, region ölkələrinin hamısı kommunikasiyaların açılmasında maraqlıdır. “İstisnasız olaraq hamısı. Rusiya, Gürcüstan, İran, Azərbaycan, Türkiyə, Ermənistan. Aydındır ki, bu maraq eyni zamanda hər bir tərəf üçün ümumi olduğu qədər fərdi xarakter daşıyır”.

Paşinyanın sözlərinə görə, 11 yanvar bəyanatından sonra Abxaziya dəmir yolunun açılması, Fars körfəzini Qara dənizlə birləşdirəcək dəmir yolu haqqında müzakirələr fəallaşıb: “Burada doğru istiqaməti seçəcəyi halda Ermənistan üçün strateji əhəmiyyəti olan imkanların olmadığını iddia etmək düz olmaz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gənc oğlan Lökbatan qəbristanlığında bıçaqlanıb

Sonrakı məqalə

“KTMT-nin Qarabağ müharibəsinə müdaxilə öhdəliyi yox idi” –