KTMT Qazaxıstana qoşun göndərilməsi barədə qərar qəbul etdi

Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) Şurası sülhməramlı qüvvələrinin Qazaxıstana göndərilməsi barədə qərar qəbul edib.

Bu barədə TASS Ermənistanın Baş naziri, KTMT-nin hazırkı sədri Nikol Paşinyana istinadən məlumat yayıb.

Paşinyan bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar, habelə Qazaxıstanın milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Şurası müvafiq müqavilənin 4-cü maddəsinə uyğun olaraq, bu ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün təşkilatın sülhməramlı qüvvələrinin məhdud müddətə Qazaxıstan Respublikasına göndərilməsi barədə qərar qəbul edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir