Kubadan Trampa yazılan “gizli məktub” ələ keçdi

Rəsmi diplomatik kanallardan yan keçərək ABŞ prezidenti Donald Trampa gizli məktub çatdırmaq cəhdi Mayami hava limanında qarşısı alınıb. Bu barədə mənbələr məlumat verir.

AzPost xəbər verir ki, sənədi Kubanın keçmiş lideri Raul Kastronun nəvəsi — Raul Rodriqes Kastro hazırlayıb. Məktub diplomatik nota şəklində tərtib edilib və iqtisadi əməkdaşlıq üzrə təklifləri, sanksiyaların yumşaldılması barədə xahişləri, habelə ABŞ-ın Kubaya qarşı mümkün addımları ilə bağlı xəbərdarlıqları ehtiva edib.

Vasitəçi qismində sahibkar Roberto Karlos Çamiso Qonsales çıxış edib. O, sənədi şəxsən çatdırmağa cəhd göstərib, lakin gömrük xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Məktub müsadirə edilib, kişinin özü isə yenidən Kubaya geri göndərilib.

Həmsöhbətlər qeyd edirlər ki, bu təşəbbüs, Havanaya qarşı sərt mövqeyi ilə tanınan Dövlət katibi Marko Rubionu dövrədən kənar qoyaraq, Ağ Ev rəhbəri ilə birbaşa təmas qurmağa yönəlmiş ola bilərdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.