Yaponiya hərbi büdcəsini rekord həddə çatdırdı— 10,6 trilyon yen məbləğində vəsait təsdiqləndi

Yaponiya 2026-cı ildə müdafiə xərclərini rekord həddə — 10,6 trilyon yenə qədər artıracaq. AzPost xəbər verir ki, bu barədə TASS agentliyi ölkənin müdafiə naziri Şinciro Koizumiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hərbi büdcənin həcmi təxminən 66,7 milyard dollar təşkil edəcək ki, bu da ümumi daxili məhsulun (ÜDM) təxminən 1,9%-nə bərabərdir.

Maliyyələşmənin artımı 2022-ci ilin dekabrında təsdiq edilmiş yenilənmiş milli təhlükəsizlik strategiyasının icrası ilə bağlıdır. Sənəd silahlı qüvvələrin imkanlarının genişləndirilməsini nəzərdə tutur.

Strategiyada potensial rəqibin ərazisindəki obyektlərə cavab zərbələri endirmək hüququ təsbit edilib. Bununla belə vurğulanır ki, qabaqlayıcı (preventiv) zərbələrə yol verilmir.

Silahların modernləşdirilməsi çərçivəsində Yaponiya “Tip-12” raketlərinin mənzilini artırmağı, hipersəs silahları hazırlamağı və ABŞ-dan “Tomahawk” qanadlı raketləri almağı planlaşdırır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.