Küçə itləri 12 yaşlı qızı parçaladılar

Küçə itləri
Küçə itləri
Küçə itləri 12 yaşlı qızı parçaladılar
Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda sahibsiz itlərin hücumu nəticəsində ağır yaralanan 12 yaşlı Eslem Teker bütün tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

AzPost Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, məktəbli qız rayon kitabxanasından kitab almaq üçün evinin yaxınlığındakı boş əraziyə çıxarkən sahibsiz itlərin hücumuna məruz qalıb.

Ətrafdakı insanlar tərəfindən xilas edilən Teker ağır yaralanıb.

Təcili yardımla Yüksekova Dövlət Xəstəxanasına aparılan qızı xilas etmək mümkün olmayıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.